Saxta əlillik vəsiqəsi hazırlayan şəxslər saxlanılıblar
Türkiyədə saxta əlillik vəsiqəsi hazırlamaqda şübhəli bilinən 114 nəfərin saxlanılmasına qərar verilib. Onlardan 103-ü artıq nəzarətə alınıb.
Oxumeni.az xəbər verir ki, İstanbul Maliyyə Cinayətləri İdarəsi tərəfindən mərkəzi İstanbul olmaqla ölkənin on şəhərində bu istiqamətdə əməliyyatlar aparılıb.
Saxlanılanlar sağlam və ya əlillik dərəcəsi aşağı olan şəxslərə qeyri-qanuni yollarla yüksək dərəcəli əlillik vəsiqəsi hazırlamaqda şübhəli bilinirlər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Oxumeni.az
Digər xəbərlər