Hikmət Hacıyev Xankəndi ətrafındakı raket bazasının vurulduğunu bildirir

Hikmət Hacıyev Xankəndi ətrafındakı raket bazasının vurulduğunu bildirir

4 Oktyabr 2020 14:47
Bəyəndim (0) Bəyənmədim (0)

Gəncənin bütün aidiyyəti strukturları iş başındadır, hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində iş görülür.

Oxuməni.az xəbər verir ki, bu sözləri Ermənistan ərazisindən prezidentin köməkçisi Hikmət Hacıyev keçirdiyi növbəti brifinqdə deyib.

Yola düşərək partlamayan raketi göstərən H. Hacıyev bunların “SMERÇ” tipli sistemlərdən atılmış raket olduğu deyib: “Azərbaycanın döyüş meydanında qazandığı uğurların müqabilində Ermənistan belə təxribatlara əl atır. Mən Gəncədə, Tərtərdə dostlarla əlaqə saxladım, hər kəs öz evindədir. Dünən hər birimiz sevindik. Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz çətin dağlıq şəraitdə keçmiş adı Madagiz, hazırkı adı Suqovuşan olan əraziləri azad etdi. Ermənistan qorxaqcasına elə addımlar atır. Ancaq Azərbaycan xalqı əmin olsun ki, işğal olunmuş ərazilərdəki legitim hərbi hədəflər sıradan çıxarılır. Ermənistan ərazisindən endirilən zərbələrə gəlincə, bu, təxribatdır və nə məqsədə xidmət etdiyi bizə məlumdur. Onlar bu gün xarici medianı toplayaraq guya Xankəndində yanğınlar barədə yalan məlumat verirlər. Xankəndi ətrafında Tərtər şəhərini vurmaq üçün istifadə edilən “SMERÇ” sistemləri vardı, onlar sıradan çıxarılıb. Qondarma “Dağlıq Qarabağ Respublikası”nın rəhbəri Araik Arutunyan erməni xalqına yalan məlumatlar verir. O, ön cəbhədə deyil, qaçıb bunkerdə gizlənmişdi, amma yenə də qurtula bilmədi, ağır yaralanıb. Onun kimi hərbi cinayətkarlar, separatçıların da aqibəti eyni olacaq”.

H. Hacıyev erməni silahlı qüvvələri işğal olunmuş ərazilərimizdən çıxarılmayana qədər Ermənistanın təxribatlarının hər zaman baş verə biləcəyini də vurğulayıb.

Onun sözlərinə görə, Ermənistan insanların kütləvi şəkildə yaşadığı ərazilərə qadağan olunmuş bombalar atması bu ölkənin terrorçu dövlət olduğunu göstərir.

“Ermənistanın siyasi-rəhbərliyinin Azərbaycana qarşı müharibə cinayətləri davam etməkdədir”.

H. Hacıyev qeyd edib ki, Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə, Horadiz, Beyləqan və Tərtər şəhərlərinə “Smerç” və “Toçka-U” sistemlərindən istifadə etməklə zərbələr endirilib, ölən və yaralananlar var: “Bu, düşünülmüş hərbi strategiyadır, mülki obyektlər hədəf alınır. Son günlər Azərbaycanın şəhər və kəndlərinə 10 mindən çox mərmi atılıb”.

Oxuməni.az