Ukrayna hərbi çağırışın 2,5 dəfə artdığını açıqlayıb
Səfərbərliyin sərtləşdirilməsi haqqında qanunun qəbulundan sonra Ukrayna Silahlı Qüvvələrinə çağırış 2,5 dəfə artıb. Strana.ua xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Ukraynanın “Teleqraf” nəşrinin baş redaktoruna ünvanladığı məktubda deyilir.
Rəqəmlər 2024-cü ilin birinci rübü ilə müqayisə edilib.
Məktubda bildirilir ki, bu, hazırkı mərhələdə hərbi hissələrin vaxtında doldurulmasını həyata keçirməyə, onların döyüş effektivliyini bərpa etməyə və lazımi ehtiyatları yaratmağa imkan verir.
2024-cü il mayın 18-də Ukraynada səfərbərliyi sərtləşdirən qanun qüvvəyə minib. Yeniliklərə əsasən, hərbi müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının reyestrinə daxil edilmiş şəxslər xaricə getmək, öz vəsaitlərindən istifadə etmək, avtomobil idarə etmək, daşınmaz əmlakla bağlı əməliyyatlar aparmaq və sənədləri - pasport və xarici pasport rəsmiləşdirmək hüququnu itirəcək.
Oxuməni.az