Bütün dünyada sülhün qorunmasına görə biz cavabdeh olacağıq
Azərbaycanın bunun üçün 1 ay vaxtı var.
Oktyabrın 1-də Azərbaycan BMT Təhlükəsizlik Şurasında sədrliyi Avstraliyadan təhvil alacaq. Apa xəbər verir ki, bu, Azərbaycanın BMT TŞ-də ikinci sədrliyidir.BMT Nizamnaməsinə əsasən TŞ dünyada sülh və təhlükəsizliyin qorunması üçün məsuliyyət daşıyan əsas orqandır.TŞ 5-i daimi (ABŞ, Rusiya, Britaniya, Çin, Fransa) olmaqla 15 üzvdən ibarətdir. 10 müvəqqəti üzv Baş Assambleya tərəfindən 2 illiyə seçilir. Hər ölkə bir ay ərzində qurumda sədrlik edir. Xatırladaq ki, Azərbaycan 2011-ci ilin oktyabrında ilk dəfə BMT TŞ-nin müvəqqəti üzvü seçilib və ötən ilin mayında TŞ-yə ilk səfə sədrlik edib.
O.M.
Digər xəbərlər