Sergey Lavrov: “ABŞ ölkələrin daxili işlərinə müdaxilə edir”

Sergey Lavrov: “ABŞ ölkələrin daxili işlərinə müdaxilə edir”

20 Oktyabr 2014 16:42
Bəyəndim (0) Bəyənmədim (0)

"ABŞ insan hüquqları adı altında digər ölkələrin daxili işlərinə müdaxilə etmək hüququnu mənimsəyir".

İtartass xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov söyləyib. O, dünyanın hazırda keçid dövrünü yaşadığını bildirib:

"ABŞ geniş üsullardan istifadə etməklə insan hüquqları adı altında digər ölkələrin daxili işlərinə müdaxilə etmək hüququna sahiblənir. O, BMT Təhlükəsizlik Şurasının qərarı olmadan Yuqoslaviya, Liviyaya hərbi müdaxilə etmişdi. ABŞ istənilən yerdə güc tətbiq etmək hüququnun olduğunu elan edib. Dünya keçid dövrünü yaşayır. Bu dəyişikliyin əsas katalizatoru qlobal maliyyə və iqtisadi böhrandır".

Mediainfo.az