Yüksək rütbəli PKK komandiri məhv edildi
Türkiyənin Tunceli əyalətində 4 gün davam edən hərbi əməliyyatlar zamanı PKK-nın yüksək rütbəli komandirlərindən biri 43 yaşlı İsmayıl Aydəmir məhv edilib.
Türkiyə mətbuatı xəbər verir ki, "Baran Dersim" ləqəbi ilə tanınan Aydəmirin 24 ildir ki, PKK-da olduğu deyilir.
Qeyd edək ki, Türkiyə ordusunun məhv etdiyi İsmayıl Aydəmir PKK-nın ən nüfuzlu liderlərindən sayılır və olduqca geniş əhatəyə malik olub.
Bunda əlavə, sözügedən əməliyyatlar zamanı 30-35 arası terrorçunun öldürüldüyü bildirilib.
Mediainfo.az
Digər xəbərlər