
Mattero Renzi: "Rusiya bu strategiyanı təkbaşına yürütməməlidir”
"Rusiya Suriya münaqişəsinin tənzimlənməsi üzrə geniş koalisiyanın bir hissəsi olmalıdır, bu strategiyanı təkbaşına yürütməməlidir".
Bu sözləri İtaliyanın baş naziri Mattero Renzi "Bloomberg"ə müsahibəsində deyib. O bildirib ki, Suriya münaqişəsi geniş beynəlxalq koalisiyanın formalaşmasını, Liviyanı da əhatə edəcək "Əfqanıstandan Nigeriyaya" ümumi strategiyasının yaradılmasını tələb edir: "Buna görə də mən hesab edirəm ki, Rusiyanın bu koalisiyaya cəlb olunması vacibdir. Rusiyanın təkbaşına bu strategiyanın başında qoymaq səhv olardı".
Mediainfo.az
Digər xəbərlər