Bir general da saxlanıldı

Bir general da saxlanıldı

20 İyul 2016 14:42
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyədə Fətullahçı terror təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdi ilə bağlı aparılan istintaq çərçivəsində daha bir general saxlanılıb.

Türkiyə KİV-nin verdiyi məlumata görə, saxlanılan şəxs İstanbulda qızının toyunda Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı, ordu generalı Abidin Ünalla birlikdə qiyamçılar tərəfindən helikopterlə qaçırılan və daha sonra sərbəst qalan ordu generalı Mehmet Şanverdir.

Türkiyəli komandan Eskişehir Baş Prokurorluğunun göstərişi ilə saxlanılıb. Onun Eskişehir Şəhər Polis İdarəsində istintaqının davam etdiyi bildirilir.

Mediainfo.az