Ermənistan ağası Rusiyaya  sadiq olduğunu bəyan edib

Ermənistan ağası Rusiyaya sadiq olduğunu bəyan edib

2 Avqust 2018 05:49
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan Rusiya xarici işlər naziri Sergey Lavrovun sözlərinə cavab verib.

Balayan bəyanatında hələ də Moskva ilə əvvəlki münasibətdə qaldıqlarını bildirib:

"Ermənistan hüquqi dövlət quruculuğu yolundadır. Buna görə də, korrupsiya ilə mübarizə konstitusion quruluşun əsas açarı olmalıdır. Bu proseslər isə Ermənistanın xarici siyasətinə qətiyyən təsir etməyəcək. Moskva ilə əlaqələrimizin möhkəmlənməsi və inkişafı prosesinə sadiqik".

Xatırladaq ki, Lavrov keçmiş prezident Robert Koçaryanın həbsindən sonra Ermənistanın yeni hökumətini öz sələflərinə toxunmayacağı vədini pozmaqda günahlandırmışdı. (qafqazinfo)