Yarım ilə bu münaqişəyə son qoyacağam

Yarım ilə bu münaqişəyə son qoyacağam

21 Yanvar 2019 08:48
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna Ali Radasının "Müxalif blok"dan seçilən deputatı, prezidentliyə namizəd Aleksandr Vilkul yarım il ərzində Donbas münaqişəsinə son qoyacağını bəyan edib.

Vilkul qarşıdakı 5 il ərzində mövcud vəziyyətin necə dəyişdiriləcəyini bildiyini vurğulayıb.

"Qalibiyyətimizin ilk günü silahlı atışma dayanacaq. Daimi sülh üçün isə 6-8 ay gərəkdir. Planımızın əsas qayəsi ABŞ və Rusiya ilə bu məsələsini müzakirə etməkdir. BMT Təhlükəsizlik Şurasının qətnaməsi çərçivəsində kompromis əldə edilməlidir. Rusiyanın, yaxud Amerikanın istədiyi kimi olmayacaq. Müəyyən kompromis əldə olunacaq", - deyə prezidentliyə namizəd bildirib.(axar.az)