ABŞ Konqresi Trampın impiçmenti qətnaməsini  rədd edib

ABŞ Konqresi Trampın impiçmenti qətnaməsini rədd edib

18 İyul 2019 09:06
Bəyəndim (0) Bəyənmədim (0)
ABŞ Konqresinin Nümayəndələr Palatası üzvlərinin əksəriyyəti dövlət başçısı Donald Trampın impiçmenti haqqında qətnamənin müzakirəsinin əleyhinə səs veriblər.

Bildirilir ki, Konqresin 332 üzvü qətnaməni təxirə salmağın lehinə səs verib. Konqresin 95 üzvü isə buna qarşı çıxıb.

Konqres üzvləri onu təxirə salmağı razılaşdırıblar.ABŞ prezidenti Donald Tramp impiçment üzrə qətnamə ilə bağlı səsverməyə münasibət bildirib.

Ağ Ev rəhbəri özünün "Twitter"dəki səhifəsində Konqresin impiçment üzrə qətnaməsini xüsusi olaraq vurğulayıb.

"Birləşmiş Ştatların Nümayəndələr Palatası indi səslərin böyük əksəriyyəti ilə impiçment haqqında qətnaməyə qarşı səs verdi. Bu, çox güman ki, nə vaxtsa mənə lazım olan ən mənasız və zəhmətli layihə idi", - deyə Tramp yazıb.

Daha əvvəl bildirilirdi ki, ABŞ Nümayəndələr Palatası üzvlərinin əksəriyyəti prezident Donald Trampın impiçmenti haqqında qətnamənin müzakirəsi əleyhinə səs verib.

Həmçinin qeyd edilirdi ki, Nümayəndələr Palatasının spikeri Nensi Pelosi prezidentin impiçmentinin təcili müzakirəsinə qarşı çıxış edib.

Konqresin 332 üzvü qətnaməni təxirə salmağın lehinə səs verib, 95 üzv isə buna qarşı çıxıb