Azərbaycan Müdafiə Nazirliyi Pakistan tərəfinə başsağlığı verib

Azərbaycan Müdafiə Nazirliyi Pakistan tərəfinə başsağlığı verib

30 İyul 2019 14:05
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Zübair Mahmud Hayata, Ordu komandanı general Qamar Caved Bacvaya və Federal Müdafiə naziri cənab Pervez Xattaka başsağlığı ünvanlayıb.
Oxuməni.az-a MN-dən verilən xəbərə görə, başsağlığında deyilir: “Hərbi təyyarənin qəzaya uğraması nəticəsində qardaş Pakistan Silahlı Qüvvələrinin hərbi qulluqçularının həlak olması xəbəri məni dərindən kədərləndirdi.
Həlak olan hərbi qulluqçulara Allahdan rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin.