Türkiyədən Rusiyaya: Sərt şəkildə cavabını verəcəyik
Suriyadakı hərbi müşahidə məntəqələrimiz dəyişməyəcək.
Oxuməni.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Qalın Moskvada baş tutan İdlib müzakirələri ilə bağlı açıqlamasında deyib.
“Əsgərimizə hücumdan söhbət gedirsə, ötən həftələrdə olduğu kimi ən sərt şəkildə cavab verəcəyimizdən heç kimin şübhəsi olmasın. İdlib təhlükəsizlik bölgəsinin sərhədləri bəllidir”, - deyə Qalın bildirib.
Oxuməni.az
Digər xəbərlər