Kemal Cenk İçten azərbaycanlı modellə ailə qurmağa hazırlaşır

Kemal Cenk İçten azərbaycanlı modellə ailə qurmağa hazırlaşır

2 Yanvar 2014 14:04
Bəyəndim (0) Bəyənmədim (0)
Cütlük toy gününü nə üçün fevral ayının 1-nə təyin ediblər?

Dəyərli OXUcularımız, 2014-cü ilin ilk şou-bizneslə bağlı eksklüziv xəbərini nəzərinizə çatdırırıq:

Tanınmış prodüsser Kemal Cenk İçten azərbaycanlı xanımla ailə qurmağa hazırlaşır. Əldə etdiyimiz məlumata görə, Kemal bəy model Minarə Allahverdiyeva ilə artıq üç aydır ki, nişanlıdır. "Biz əvvəllər də tanış idik, işlə bağlı görüşlərimiz olurdu. Amma münasibətlərimiz üç aydır ciddiləşib. Özüm dövlət işçisiyəm, Milli Məclisdə işləyirəm. Həm də reklam çarxlarına, filmlərə çəkilirəm. Ailə qurandan sonra da karyeramı Türkiyədə davam etdirməyi planlaşdırırıq. Bu işlərdə mənə həyat yoldaşım dəstək olacaq. Ümidvaram ki, 2014-cü ildə hər şey ürəyimcə olacaq", - deyə Mediainfo.az-a danışan Minarə xanım fevral ayının 1-də Kemal Cenk İçtenlə rəsmi qaydada ailə quracağını da əlavə etdi:

- Fevral ayının 1-ni təsadüfən seçməmişik. Həmin gün mənim ad günümdür. Kemal bəy mənə olan sevgisini bu cür bildirmək istədi.

P.S. Əlavə edək ki, Minarə xanım ikinci dəfə nikah masası arxasında oturacaq. Birinci evliliyindən onun on yaşlı qızı var.

Allah məsud etsin!

Hazırladı: Könül Aypara