Təyyarə Novosibirskə məcburi eniş edib

Təyyarə Novosibirskə məcburi eniş edib

14 İyul 2023 13:06
Bəyəndim (0) Bəyənmədim (0)

S7 Hava Yollarına məxsus İrkutsk-Soçi reysini həyata keçirən Airbus A320 Neo təyyarəsi texniki səbəbdən Novosibirskdə məcburi eniş edib. Bu barədə Qərbi Sibir Nəqliyyat Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Hadisə yerli vaxtla saat 11:00 radələrində (Moskva vaxtı ilə 07:00) baş verib. Təyyarə Pokrışkin Beynəlxalq Hava Limanına eniş edib. Təyyarədə 28-i uşaq olmaqla 163 sərnişin olub. Eniş uğurlu olub, heç kim xəsarət almayıb.

Aviaşirkət təyyarəni ehtiyatla əvəz edib. Hadisənin səbəbi barədə məlumat verilməyib. Hazırda Novosibirsk Nəqliyyat Prokurorluğu uçuş təhlükəsizliyi qanunvericiliyinə riayət olunmasını yoxlayır.

Xatırladaq ki, cümə axşamı, iyulun 13-də Novosibirskdə daha bir təyyarə ilə insident baş verib. Yüngül mühərrikli Cessna Severnı hava limanı yaxınlığında sərt eniş edib. Təyyarədə 3 nəfər olub, onlardan ikisi xəstəxanaya yerləşdirilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisəni araşdırır.

Murad Şahməmməd