Nəfəs borusunda yemək qalan gənc dünyasını dəyişib

Nəfəs borusunda yemək qalan gənc dünyasını dəyişib

18 İyul 2023 11:58
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyədə baş verən hadisədə yeməyi nəfəs borusunu tıxamış gənc aparıldığı xəstəxanada dünyasını dəyişib.

Hadisə saat 23.30 radələrində Fatih rayonu, Dəmirtaş küçəsində yerləşən evdə baş verib. Ənvər Musa adlı gənc evdə yemək yeməyə başlayıb. Nəfəs borusunda yemək qalan adam bir anda yerə yıxılıb. Ailəsinin xəbərdarlığı ilə hadisə yerinə 112 qrupu sövq edilib.

Uzun müddət nəfəsi kəsilən cavan oğlanı ürək masajı etməyə başlayıblar. Təcili yardımla gənc İnegöl Dövlət Xəstəxanasına aparılıb. Həkimlərin uzun cəhdlərinə baxmayaraq, gənci xilas etmək mümkün olmayıb. Onun ölüm xəbərini alan ailəsi göz yaşlarına boğulub. Xəstəxana meyitxanasına aparılan şəxsin cənazəsi prokurorluğun araşdırmasından sonra ölümünün dəqiq səbəbinin müəyyən edilməsi üçün Bursa Ədliyyə Tibb Qurumuna göndərilib.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

Murad Şahməmməd