Təyyarə çimərlikdə qəzaya uğradı

Təyyarə çimərlikdə qəzaya uğradı

31 İyul 2023 09:41
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-da təyyarə çimərlikdə qəzaya uğrayıb. Hamilton çimərliyində günəş vannası qəbul edənlər təyyarənin qəzaya uğramasını heyrət və qorxu içində izləyiblər. Atlantik okeanı sahilindən sahil üzərində reklam banneri daşıyan kiçik təyyarə uçarkən qəzaya uğrayıb. Sahildə istidən boğulan bir çox insan günəş vannası qəbul edərək dənizdə çimirdilər. Uşaqlı ailələrin əksəriyyətinin olduğu vaxt təyyarə çimərlikdə qəzaya uğrayıb. Çaxnaşma anları mobil telefonların kamerasına əks olunub.

Təyyarənin düşdüyü yerdə və ətrafda günəş vannası qəbul edib dənizə girənlər təsadüfən sağ qalıblar. Qəzaya uğrayan təyyarənin pilotu xəsarət almayıb.

«Hamilton Beach Life Saving Service» tərəfindən edilən açıqlamada ətrafda xəsarət alan olmadığı qeyd edilib.

Hadisədən sonra Hamilton Sahil Mühafizəsi və çimərlik xilasediciləri birlikdə təyyarəni dənizdən çıxarıblar.

Hadisə ilə bağlı təhqiqat başlansa da, səlahiyyətlilər təyyarənin niyə qəzaya uğramış ola biləcəyini şərh etməyiblər.

Murad Şahməmməd