Göydələnin zirvəsinə çıxarkən yıxılaraq ölüb

Göydələnin zirvəsinə çıxarkən yıxılaraq ölüb

1 Avqust 2023 14:18
Bəyəndim (0) Bəyənmədim (0)

Təhlükəli yerlərə dırmaşması ilə tanınan Daradevil ləqəbli məşhur fenomen Remi Lucidi Honq-Konqda göydələnin zirvəsinə çıxarkən konstruksiyadan yıxılaraq ölüb. Digər tərəfdən, Lusidinin son sözləri sosial şəbəkələrdə yayılıb. Təhlükəli qüllələrə, göydələnlərə, kranlara, körpülərə və hətta qaranlıq tikililərə dırmaşması ilə məşhur olan Daradevil ləqəbli 30 yaşlı sosial media fenomeni Remi Lucidi Honqda 721 fut hündürlüyündə göydələnin zirvəsindən yıxılaraq dünyasını dəyişib. Sosial mediada “Remi Enigma” kimi tanınan Lucidi, yıxılmadan əvvəl olduğu Trequnter qülləsinin 68-ci mərtəbəsinə çatmışdı. Səlahiyyətlilər Lucidinin təhlükəni anlayaraq, kömək üçün pəncərəni döydüyünü və xidmətçinin onu gördüyünü lakin kömək gələnə qədər yıxıldığını bildirblər.

Açıqlamaya görə, Lusidi axşam saat 18 radələrində binaya çatıb və göydələndə bir dostunu görəcəyini bildirib. Göydələnin 40-cı mərtəbəsində asayiş keşikçisi fenomeni tutmağa çalışsa da, buna nail ola bilməyib.

Polisin məlumatına görə, Lusidi sonuncu dəfə axşam saat 19.38 radələrində sağ olub və ev xidmətçisindən kömək istəyib, sonra isə yıxılıb...

Murad Şahməmməd