Rusiyada neft yatağında partlayış olub, ölən və yaralananlar var

Rusiyada neft yatağında partlayış olub, ölən və yaralananlar var

15 Avqust 2023 10:22
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya KİV-i xəbər verir ki, Rusiyanın Xantı-Mansiysk Muxtar Dairəsindəki Talinskoye neft yatağında partlayış baş verib. Bildirilir ki, azı 4 nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Onların bədəninin 70%-i yanıb.

Bundan əvvəl Rusiyanın Teleqram kanalları yataqda iki partlayışın baş verdiyi, ən azı iki nəfərin öldüyü, beş nəfərin yaralandığı barədə məlumat vermişdi. Həmçinin qeyd edilir ki, xilasedicilər iki nəfəri axtarır.

Əziz Salamlı