Elektromobil qəfil alışaraq daha 4 avtomobilin yanmasına səbəb olub

Elektromobil qəfil alışaraq daha 4 avtomobilin yanmasına səbəb olub

12 Sentyabr 2023 15:10
Bəyəndim (0) Bəyənmədim (0)

Avstraliyanın Sidney şəhərində qorxulu qəza baş verib. Hava limanının dayanacağında baş verən qəzada elektriklə işləyən avtomobilin akkumulyatoru yanmağa başlayıb. Yanğın tez bir zamanda böyüyərək daha 4 avtomobilin alışmasına səbəb olub.

«ABC News»-un məlumatına görə, Sidney hava limanının dayanacağında baş verdiyi bildirilən yanğına xilasetmə qrupları müdaxilə etsələr də avtomobillərə küllü miqdarda ziyan dəyib.

Elektromobilin akkumulyatordan çıxan qığılcımların daha sonra yaxınlıqda park edilmiş 4 avtomobilə keçdiyini bildirən xilasedicilər, yanğında 5 avtomobilin külə döndüyünü açıqlayıblar. Yanğına səbəb olan elektromobilin hansı səbəbdən alışdığı hələlik məlum deyil.

Murad Şahməmməd