Ayılar avtomobildə hərbi mağazaya çatdırılma üçün qablaşdırılmış dönər rulonlarını yeyiblər

Ayılar avtomobildə hərbi mağazaya çatdırılma üçün qablaşdırılmış dönər rulonlarını yeyiblər

19 Sentyabr 2023 16:19
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın Alyaska ştatında iki ayı hərbi bazadakı mağazaya çatdırılmaq üçün dayanan avtomobilə girərək hazır dönər rulonlarını yeyiblər. Ayıların avtomobildə təxminən 20 dəqiqə qidalanaraq meşəyə qayıtdığı öyrənilib. Mağaza müdiri Shelly Deano, çatdırılma üçün dayanan avtomobilin sürücüsünün adətən avtomobilin qapılarını açıq qoyduğunu bildirib. Həmin vaxt iki ayının içəri girərək təxminən 20 dəqiqə ərzində dönər və digər qidaları yediyi məlum olub.

Hərbi bazada və mağazanın ətrafında ayı görməyin adi hal olduğunu izah edən Deano, daha əvvəl belə bir hadisənin baş vermədiyini söyləyib.

Murad Şahməmməd