Qadınlar bir-birinə girdilər, kişilər isə kənardan tamaşa etdilər

Qadınlar bir-birinə girdilər, kişilər isə kənardan tamaşa etdilər

27 Sentyabr 2023 13:19
Bəyəndim (0) Bəyənmədim (0)

Bursada iki qadın qrupu arasında səs-küy səbəbiylə başlayan mübahisə qısa müddətdə davaya çevrilib. Bir qrup kişi qadınların bir-biri ilə vuruşmasını izləməyə üstünlük verib. Həmin anlar yuxarıda şəkildəki kimi görüntülənib.

İddiaya görə, hadisə mərkəzi Osmanqazi rayonu Soğanlı məhəlləsində baş verib. Çoxlu qışqırıqlı səs-küydən sonra, qadınlar arasında mübahisə yaranıb. Qısa müddətdə alovlanan mübahisə davaya çevriləndə qadınlar gecə saatlarında küçənin ortasında bir-biri ilə saçyoldusına çıxıblar.

Murad Şahməmməd