Parkda ayı hücumu nəticəsində 2 nəfər öldü

Parkda ayı hücumu nəticəsində 2 nəfər öldü

2 Oktyabr 2023 11:24
Bəyəndim (0) Bəyənmədim (0)

Kanadanın Alberta əyalətindəki Banff Milli Parkında boz ayının hücumu nəticəsində iki nəfər ölüb. Milli parklardan məsul olan Kanada Parklar Agentliyindən verilən açıqlamada, ötən cümə gecəsi GPS cihazından xəbərdarlıq alındığı, hava şəraitinin pis olması səbəbilə cavab qrupunun gecə boyu quru yolu ilə bölgəyə getdiyi bildirilib. Hava şəraiti helikopterlərin istifadəsinə imkan vermədi. Açıqlamada, müdaxilə qrupunun səhər saatlarında hadisə yerinə gəldiyi, ayı hücumuna məruz qalan iki nəfərin cəsədlərinə çatan qrupun aqressiv davranış nümayiş etdirən ayını evtanaziya edildiyi bildirilib. Açıqlamada həmçinin hücumun baş verdiyi ərazinin və yaxın ətrafının ziyarətçilərə bağlı olduğu açıqlanıb.

Hər il dörd milyondan çox turistin ziyarət etdiyi Banff Milli Parkı həm boz, həm də qara ayıların evidir.

Murad Şahməmməd