
Birinci sinif şagirdinin telefonu partladığına görə o, xəstəxanaya yerləşdirilib
Birinci sinif şagirdinin telefonu partladığına görə o, xəstəxanaya yerləşdirilib
Yeddi yaşlı uşaq yanında telefonun batareyasına bənzər əşya partladıqdan sonra xəstəxanaya aparılıb. Hadisə axşam saatlarında İnquşetiya Respublikasının Malqobek şəhərində baş verib.
"Birinci sinif şagirdi Kosmiçeskaya küçəsindəki evin həyətində gəzirmiş , partlayış səsi gəlib və telefonun akkumulyatoruna bənzəyən əşya onun sifətinə dəyib", - bu barədə orda olan şahid bildirib.
Uşaq xəstəxanaya aparılıb. Həkimlər uşağın ağır kəllə-beyin travması, sifətində sınıq və gözlərində yanıqlar olduğunu müəyyən ediblər. Polis araşdırmaya başlayıb. Müstəntiqlər oğlanın hansı şəraitdə yaralandığını müəyyən edəcək.
Bundan əvvəl "REN TV" kanalı smartfonların partlamasına səbəblərdən danışmışdı. Son zamanlar ölkə üzrə məktəblilərin əlində smartfonların alışması ilə bağlı bir neçə hadisə baş verib.
E.Axund