Boynundan aldığı zərbədən dünyasını dəyişdi

Boynundan aldığı zərbədən dünyasını dəyişdi

30 Oktyabr 2023 08:07
Bəyəndim (0) Bəyənmədim (0)

Amerikalı xokkeyçi Adam Conson İngiltərədə oyun zamanı qəza keçirərək dünyasını dəyişib. 29 yaşlı oyunçu "Nottingem Panthers"də çıxış edərkən "Challenge Cup"ın "Şeffild Stilers"lə oyunun ikinci hissəsində boynundan zərbə alıb. İdmançıya təcili tibbi yardım göstərildiyi üçün oyun 35-ci dəqiqədə dayandırılıb. Qəzadan dərhal sonra digər oyunçular Consonun ətrafında çevrə yaradıblar. Conson daha sonra Şeffild xəstəxanasına aparılıb.

Onun komandasının bəyanatında deyilir: "Biz Adam Consonun Şeffilddəki oyun zamanı keçirdiyi dəhşətli qəzadan sonra faciəvi şəkildə dünyasını dəyişdiyini bildirməkdən çox kədərlənirik".

Minnesotada anadan olan Conson 2020-21 mövsümünü İsveçdə Malmö Redhawks, daha sonra Kanadada Ontario Reign və Almaniyada Augsburger Panther komandalarında oynadıqdan sonra 2023-24 mövsümündə Nottingemə transfer olunub. Consonun ölümündən sonra İngiltərə Elit Liqası bazar günü Belfast, Fayf və Guildfordda keçirilməsi planlaşdırılan üç oyunun təxirə salındığını açıqlayıb.

Murad Şahməmməd