Baş verən zəlzələ nəticəsində insanlar həyatlarını itiriblər

Baş verən zəlzələ nəticəsində insanlar həyatlarını itiriblər

4 Noyabr 2023 11:19
Bəyəndim (0) Bəyənmədim (0)

Dünən axşam saatlarında Nepalda baş verən 5,6 bal gücündə zəlzələdə insanlar həyatlarını itirib və yaralanıblar. Səlahiyyətlilər, episentri Nepalın Cumla bölgəsindən 42 kilometr cənubda olan 5,6 bal gücündə zəlzələdə Rukum bölgəsində 35 nəfərin öldüyünü və çoxlu sayda evin dağıldığını bildiriblər. Rukumda 30 nəfərin yaralandığı və bu şəxslərin bölgədəki xəstəxanaya çatdırılması məlumatı yayılıb. Rəsmilər isə Cajarkot bölgəsində 34 nəfərin həyatını itirdiyini, xilasedicilərin isə dağlıq bölgələrdə axtarış-xilasetmə işlərinin davam etdirdiyini bildiriblər. Dağlıq bölgələrdə axtarış-xilasetmə qruplarının kənd sakinləri ilə birlikdə dağılmış evlərdən meyitləri və yaralıları çıxardığı, sürüşmə səbəbindən yolların bağlı olduğu, bəzi kəndlərə isə getmək mümkün olmadığı xüsusi vurğulanıb.

Səhər saatlarında ölənlərin sayının artacağına diqqət çəkilərək, bir çox kəndlə əlaqənin kəsildiyi də qeyd edilib.

Nepal Milli Zəlzələnin Monitorinqi və Araşdırma Mərkəzi zəlzələnin maqnitudasını 6,4 bal olaraq ölçüb.

ABŞ Geoloji Xidməti isə (USGS) zəlzələnin maqnitudasını 5,6 olaraq qiymətləndirib.

Hindistanın Milli Seysmologiya Mərkəzi (NCS) «Facebook» sosial şəbəkəsindəki yazısında zəlzələnin maqnitudasının 6,4 dərinliyinin isə 10 kilometr olduğunu bildirib.

Hindistan xəbər agentliyi "ANI News", yeraltı təkanların Hindistanın Milli Paytaxtı Dehli bölgəsində və ölkənin şimalındakı bəzi bölgələrdə də hiss edildiyini bildirib.

Murad Şahməmməd