Oteldə baş verən güclü yanğın

Oteldə baş verən güclü yanğın

18 Noyabr 2023 10:05
Bəyəndim (0) Bəyənmədim (0)

Yekaterinburq yaxınlığındakı Perm şossesində "Drujinino" oteli yanır, hadisə yerindən kadrları «SHOT» Telegram kanalı yayıb. Məlumata görə, yanğının sahəsi 1000 kvadratmetrdən çoxdur.

Görüntüdən əks olunur ki, binanın bütün dam örtüyü yanğına qərq olub. İlkin məlumatlara görə, qonaqlar və işçilər təxliyə oluna bildiyindən yanğın nəticəsində tələfat olmayıb.

Sverdlovsk vilayətinin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yanğının söndürülməsinə 25 nəfər və 8 texnika cəlb olunub.

Oxuməni.az