Uçmuş tuneldə qalan işçilər 17 gündən sonra xilas edilib

Uçmuş tuneldə qalan işçilər 17 gündən sonra xilas edilib

29 Noyabr 2023 07:23
Bəyəndim (0) Bəyənmədim (0)

Noyabrın 12-də Hindistanın Uttarakhand əyalətində yol işləri zamanı tikilməkdə olan tunelin bir hissəsinin çökməsi nəticəsində orada sıxışan 41 işçi 17 gün sonra xilas edilib.

Noyabrın 12-də Hindistanın Uttarakhand əyalətində yol işləri zamanı tikilməkdə olan tunelin bir hissəsinin uçması nəticəsində orada sıxılıb qalan 41 işçinin xilas edilməsi işləri uğurla başa çatıb. Bütün işçilər 17 gündən sonra qapalı qaldıqları yerdən sağ-salamat xilas ediliblər. İşçilər xilas edildikdən sonra təcili yardım maşınları ilə xəstəxanaya aparılıblar.

Baş nazir Narendra Modi açıqlamasında: "Uttarakhandda işləyən qardaşlarımızın xilasetmə əməliyyatının müvəffəqiyyəti hər kəsi təsirləndirdi. Tuneldə qalan dostlara demək istəyirəm ki, cəsarətiniz və səbriniz hər kəsi ruhlandırır. Ailələrinin bu çətin dövrdə göstərdikləri səbr və cəsarətləri kifayət qədər qiymətləndirmək olar. Mən də bu xilasetmə əməliyyatında iştirak edən hər kəsi alqışlayıram.

Oxuməni.az