
Yerin təxminən 600 metr altında baş verən partlayış
Polşanın cənubundakı Yavorzno şəhərində kömür mədənində baş verən partlayışda 4 mədənçi həyatını itirib, 1-i ağır olmaqla 2 mədənçi yaralanıb.
Polşanın cənubundakı Yavorzno şəhərindəki Sobieski kömür mədənində partlayış baş verib. Katovitsə Mədən İdarəsindən verilən açıqlamada bildirilib ki, partlayış ventilyasiya üçün təyin olunmuş 6 nəfərlik qrupun mədəndəki doldurma borusunu təmizləmək üçün boru kəmərinə su doldurarkən baş verib.
Yerin təxminən 600 metr altında baş verən partlayışda 4 mədənçi həyatını itirib, 1-i ağır olmaqla 2 mədənçi yaralanıb. Qəza ilə bağlı araşdırmalara başlanıldığı bildirilib.
«Tauron Mining»-in nəzdində fəaliyyət göstərən Sobieski kömür mədəni Janina və Bjeszcze mədənləri ilə birlikdə «Polşa Mining Group» və «Jastrzebska Coal Company»-dən sonra ölkədə kömür hasilatının həcminə görə üçüncü yerdədir.
Oxuməni.az