
İsraildən olan ata və oğul gecikdikləri təyyarəni saxlamağa cəhd ediblər
İstanbul hava limanında insident baş verib.
İstanbul hava limanında İsraildən olan ata və oğul gecikdikləri təyyarəni saxlamağa cəhd ediblər. Bunun üçün onlar havaya qalxmağa hazırlaşan təyyarəni hücumla ələ keçirməyə çalışıblar.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Kişilər laynerə aparan teleskopik nərdivanın qapılarının artıq bağlı olduğunu aşkar ediblər. Bununla belə, israillilər təyyarəyə tərəf qaçıblar və onu saxlamağa cəhd ediblər.
Daha sonra ata və oğul hava limanının əməkdaşları tərəfindən saxlanılaraq həbs edilib. Araşdırma zamanı məlum olub ki, onlar heç vaxt təyyarəyə minməyiblər.
Oxuməni.az
Digər xəbərlər