Pakistanda zooparkda pələng qəfəsə girən adamı parçalayaraq öldürüb

Pakistanda zooparkda pələng qəfəsə girən adamı parçalayaraq öldürüb

9 Dekabr 2023 10:08
Bəyəndim (1) Bəyənmədim (0)

Saatlar sonra zoopark nəzarətçiləri pələngin ağzında ayaqqabı görüb və cəsəd tapıblar. Həmin şəxsin qəfəsə gizli girdiyi öyrənilib. Pələng onun qəfəsinə girən ziyarətçini yeyib. Araşdırma zamanı müəyyən edilib ki, ziyarətçi kolların arasında gizlənib və nəzarətçilərin onu görməməsi üçün pələngin qəfəsinə atılıb. Meyitə baxış zamanı pələngin adamı saatlar əvvəl yediyi müəyyən edilib. Hələlik heç kim naməlum adamın cəsədini tələb etməyib. Yerli hökumət rəsmisi Zahir Ənvar bütün zoopark rəsmilərinin ifadələrinin alındığını bildirib.

Oxuməni.az