Güclü yanğın səkkiz nəfərin həyatına son qoyub
Moskva ətrafındakı Fryazino şəhərindəki səkkiz mərtəbəli inzibati binada baş verən yanğın itkisiz ötüşməyib. Hadisə ilə bağlı Rusiya Fövqəladə hallar nazirliyinin verdiyi məlumata görə yanğın nəticəsində 8 nəfər ölüb.
Qeyd edək ki, yanğın beşinci-səkkizinci mərtəbələri bürüyüb. Son məlumatlara görə, yanğın sahəsi 4,5 min kvadratmetrə çatıb.
Binanın altıncı mərtəbəsində baş verən yanğın zamanı qaz balonu partlayıb. Binanın tavanları uçub.
Hələlik hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Yalnız o məlumdur ki, yanan binada Rusiya müdafiə nazirliyinin tabeliyində olan Platan Elmi-Tədqiqat İnstitutu yerləşir.
Oxuməni.az
Digər xəbərlər































































































