Tacikistanın Ali Müftisi hücum nəticəsində yaralanıb
Tacikistanın Ali Müftisi Səidmukarram Abdulkodirzoda Düşənbədə mərkəzi məscidin yaxınlığında bıçaqla hücuma məruz qalıb. Müfti yüngül xəsarətlər alıb. Tacikistan Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hücum edən şəxs saxlanılıb.
Müftiyə hücum yerli vaxtla saat 17:20-də baş verib. Abdulkodirzoda xəstəxanaya yerləşdirməyə ehtiyac duymayıb. Asia Plus qeyd edir ki, hücum Düşənbənin mərkəzi məscidində namazdan sonra baş verib.
Faktla bağlı cinayət işi başlanıb. Səidmükərram Abdulkodirzodanın 61 yaşı var. O, 2010-cu ilin oktyabrından Tacikistan Üləmalar Şurasına rəhbərlik edir.
Oxuməni.az
Digər xəbərlər