Özbəkistanda müəllimə rus dilində dərs keçmək tələbinə görə şagirdi döyüb
Daşkəndin Çilanzar rayonundakı 188 saylı məktəbdə rus dili dərsini özbək dilində tədris etdiyinə görə müəllimə ona irad bildirən şagirdi döyüb. Uşaq Ombudsmanı vəziyyəti nəzarətə götürüb.
“Potrebitel.uz” telegram-kanalının məlumatına görə, müəllimə belə sözə görə uşağın boğazından tutub və başına bir neçə zərbə vurub. Axşam saatlarında uşağın valideynləri hüquq-mühafizə orqanlarına müraciət ediblər.
“Müəllimə ilə telefonda danışdıq və o, etdiyinə görə peşman deyil. Üstəlik, o, Özbəkistanın özbəklər üçün ölkə olduğunu, qalanların isə oranı tərk etməli olduğu fikrini ifadə etdi”, – deyə zərərçəkənin anası yazır.
Uşağın valideynləri prokurorluğa ərizə veriblər və o, qəbul olunub. Ancaq ananın sözlərinə görə, məktəb direktoruna cəza olaraq yalnız xəbərdarlıq ediləcək, müəllimə isə inzibati cərimə ilə üzləşəcək.
Təhsil müəssisəsinin rəhbərliyi müəllimin sınaq müddətində olduğunu və rəsmi işlə təmin olunmadığını qeyd edib.
Almaz Həsənli