Hindistanda ikinci sinif şagirdi məktəbin uğuru və firavanlığı naminə qurban verilib
Hindistanda Uttar-Pradeş ştatında özəl məktəbin rəhbərliyi ikinci sinif şagirdini qurban verib, “The Economic Times” yazır.
Hadisə sentyabrın 23-də Hathras şəhərində baş verib. Kişilər 11 yaşlı uşağı qaçıraraq məktəblərinə firavanlıq və uğur gətirməli olan “qara sehr” ritualı zamanı öldürdülər.
Müstəntiqlər müəyyən ediblər ki, təhsil təşkilatının maddi çətinlikləri olub. Rəhbərlik tanrıları sakitləşdirmək və onlara qurban kəsmək qərarına gəlib. Şagird ilk cəhddə qaça bilib.
İkinci dəfə məktəb işçiləri uşağı yataqxanadan qaçıraraq boğublar. Polis direktoru, onun qohumunu və üç müəllimi həbs edib. İstintaq və axtarışlar zamanı onların üzərindən müxtəlif ritual əşyalar aşkar edilib. Həmçinin məlum olub ki, şübhəlilər əvvəllər də başqa bir şagirdi, doqquz yaşlı uşağı öldürməyə cəhd ediblər. İndi özəl məktəb bağlanıb, onun işində çoxsaylı qanun pozuntuları aşkar edilib. Qurbanın valideynləri təqsirləndirilən şəxsləri Hindistanda icazə verilən edam cəzasına məhkum edilməsini istəyib.
Almaz Həsənli