Rusiyada azərbaycanlı inşaatçılar avtomobil qəzasında ölüblər
Omsk vilayətində dörd nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb, bu barədə vilayət prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
Qəza Omsk-Muromtsevo-Sedelnikovo yolunun 129-cu km-də baş verib. “Lada Priora” markalı minik avtomobili sığın ilə toqquşaraq “Toyota Yaris”ə çırpılıb.
Qəz zamanı Azərbaycandan olan inşaatçılar “Jiquli”də olublar . Nəzarət orqanının məlumatına görə, 30 yaşlı sürücü, həmçinin 39 və 35 yaşlı sərnişinlər dünyasını dəyişib. Daha iki nəfər xəstəxanaya yerləşdirilib.
“Toyota”da qəza zamanı həlak olan 42 yaşlı qadın və onun 38 yaşlı əri, həmçinin 6 yaşlı oğlu olub.
“Əvvəllər müəyyən edilib ki, avtomobilmeşədən qabağına çıxan sığını vurduqdan sonra idarəetməni itirərək, “Toyota” markalı avtomobilə çırpılıb. Qəza nəticəsində 4 nəfər ölüb, daha 4 nəfər, o cümlədən 6 bir yaşlı uşaq müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb”, - Omsk vilayəti prokurorluğunun mətbuat xidmətindən bildirilib.
Nijneomski rayonunun prokuroru Denis Semenov hadisə yerinə gedib.
Faktla bağlı “İnsan ölümünə səbəb olduqda yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma” maddəsi ilə cinayət işi başlanıb.
Oxuməni.az