Fəlakətli “Milton” qasırğası Florida sahillərini vurub
Fəlakətli “Milton” qasırğası Florida sahillərini vurub. Bu barədə ABŞ Milli Qasırğa Mərkəzi (NHC) məlumat yayıb.
Ştatın qərb sahilləri, materikə demək olar ki, bitişik bir maneə adası olan Siesta- Ki bölgəsində qasırğadan ən çox zərər görüb. Küləyin maksimal sürəti 57 m/s-ə çatıb, qasırğanın içərisində külək 193 km/saat sürətlə əsib. Şərq Sahilində də "əhəmiyyətli tornado aktivliyi" yaşanıb. Qasırğa Mərkəzi yaxınlıqdakı sakinlərə "son dərəcə təhlükəli qasırğalı güclü küləklər" səbəbindən sığınacaq tapmaları barədə xəbərdarlıq edib.
“Fox News”, okruqun nümayəndəsi Erik Gillə istinadən xəbər verir ki, "okruqda onlarla evə ziyan dəyib, bəziləri isə fəlakətli olub". Hazırda 125 evin dağıldığı məlumdur. Onların əksəriyyəti ahıllar üçün səyyar evlərdir. İndi hakimiyyət orqanları onlara kömək etməyə cəmlənib.
“NBC” telekanalının məlumatına görə, qasırğa nəticəsində iki nəfərin öldüyü etibarlı şəkildə məlumdur. Bununla belə, qurbanların dəqiq sayı dəqiqləşdirilir. Hazırda polis və yanğınsöndürənlər zərərçəkənlərə yardım göstərmək və əməliyyat-axtarış tədbirlərini davam etdirmək üçün dağılmış ərazilərə baxış keçirirlər.
Sentyabrın sonunda Florida daha bir dağıdıcı “Helen” qasırğası ilə üzləşdi. Ən azı 270 nəfər onun qurbanı olub.
Almaz Həsənli