Bakıda Alabay cinsli itlər yaşlı sahibini parçalayıb
Bakıda Xətai rayonunun NZS qəsəbəsində faciəvi hadisə baş verib. 70 yaşlı Yaqub Əliyev illərdir saxladığı itlərin hücumuna məruz qalaraq həyatını itirib.
Oxuməni.az "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, hadisə mərhumun evində baş verib. İlkin məlumatlara görə, kişi özü baytarın köməyi olmadan itinə iynə vurmaq istəyib, lakin o, sahibinə hücum edib. Daha sonra evdə saxladığı daha iki nəhəng it də Y.Əliyevə hücum edib.
Qışqırıq və səs-küyə qonşular qaçaraq gəlsələr də, qəzəbli heyvanların qarşısında aciz qalıblar və nəticədə itlər Yaqub Əliyevi parça-parça edib, ona həyatla bir araya sığmayan xəsarətlər yetiriblər.
Qonşular hadisə yerinə polis çağırıb və itlərin digər insanlar üçün real təhlükə yaratdığını görən Daxili İşlər Nazirliyinin əməkdaşları xidməti silahdan istifadə edərək dördayaqlı qatilləri yerindəcə məhv etməyə məcbur olublar.
Sakinlərinin sözlərinə görə, Yaqub Əliyev uzun müddətdir bu mənzildə tək yaşayırdı. Hadisə baş verən gün də evdə tək olub.
Hadisə ilə bağlı araşdırma aparılır.
Oxuməni.az