
Rusiyanın Marseldəki Baş Konsulluğu yaxınlığında partlayış olub
“BFMTV” xəbər verir ki, Marseldə Rusiya Baş Konsulluğu yaxınlığında partlayış baş verib.
Hər şeyin yerli vaxtla səhər saat səkkizdə (Bakı vaxtı ilə 11:00) baş verdiyi dəqiqləşdirilir. Hadisə yerində 30-a yaxın xilasedici var.
“Valeurs Actuelles” nəşrinin müxbirinin sözlərinə görə, hücum edənlər, ehtimal ki, baş konsulluğun bağçasına iki “Molotov kokteyli” atıblar. Hadisə yerindən uzaqda oğurlanmış avtomobil tapılıb. İlkin olaraq, hələlik yalnız maddi ziyandan danışmaq olar.
Oxuməni.az
Digər xəbərlər