
"OBA"da partlayış baş verdi - yaralı var
Bu gün səhər saat 06:45 radələrində “OBA” marketlər şəbəkəsinin “Binə 3” filialında partlayış baş verib.
Oxuməni.az xəbər verir ki, bu barədə məlumatı “OBA” marketlər şəbəkəsinin mətbuat katibi Ülkər Qasımqızı yayıb.
İlkin ehtimala görə, partlayışın qazsızmadan baş verdiyi bildirilir. Hadisə nəticəsində “OBA”nın qeyd olunan mağazasında çalışan iki əməkdaşı xəsarət alıb.
Hazırda hadisənin təfərrüatları araşdırılır. Daha ətraflı məlumat veriləcək.
Oxuməni.az
Digər xəbərlər