“Air Astana” aviaşirkətinin təyyarəsi Bakıda məcburi eniş edib

“Air Astana” aviaşirkətinin təyyarəsi Bakıda məcburi eniş edib

24 Mart 11:13
Bəyəndim (3) Bəyənmədim (0)

Tbilisidən Almatıya uçan “Air Astana” aviaşirkətinə məxsus təyyarə sərnişinlərdən birinin səhhətinin kəskin şəkildə pisləşməsi ilə əlaqədar Bakıda məcburi eniş edib.Bu barədə “ArbatMedia” xəbər verir.

Tbilisidən Almatıya uçan “Air Astana” aviaşirkətinə məxsus “Airbus A321” sərnişin təyyarəsi Bakıda, Heydər Əliyev Beynəlxalq Aeroportunda məcburi eniş edib. Bu barədə hava limanının mətbuat xidməti məlumat yayıb.

Mənbənin sözlərinə görə, ekipaj komandiri eniş qərarını sərnişinlərdən birinin xəstələnməsindən sonra verib. Təyyarə yerli vaxtla saat 00:25-də yerə enib. Hadisə yerində növbətçi təcili tibbi yardım maşınında şəxsə tibbi yardım göstərilib və müayinə olunmaq üçün xəstəxanaya aparılıb.

Almatıya uçuş gecikib. “Air Astana” reysin davam etməsini gözləyən sərnişinləri dərhal oteldə yerləşdirib və onları yeməklə təmin edib.

Almaz Həsənli