
Pilot pasportunu unutduğu üçün təyyarə geri dönməli olub
Birləşmiş Hava Yollarına məxsus ABŞ-dan Çinə uçan təyyarənin pilotlarından biri pasportunu unutduğu üçün təyyarə geri dönməli olub.
Los-Ancelesdən Çinə uçan «United Airlines 787» təyyarəsinin pilotlardan birinin pasportsuz havaya qalxması aşkar edildikdən sonra təyyarənin geri dönməsi tələb olunub.
198 saylı reys Los-Ancelesdən saat 14:00-da havaya qalxıb. Göyərtəsində 257 sərnişin və 13 ekipaj üzvü ilə Sakit Okeanın üzərindən şimal-qərbə Şanxaya doğru istiqamət götürən təyyarə geri qayıtmalı olub.
Nəticədə planlaşdırılan uçuş 6 saat gec Şanxaya çatıb…
Oxuməni.az
Digər xəbərlər