Ermənistanda Rusiya sərhədçiləri ölümlə nəticələnən qəzaya düşüblər

Ermənistanda Rusiya sərhədçiləri ölümlə nəticələnən qəzaya düşüblər

25 Mart 14:47
Bəyəndim (3) Bəyənmədim (0)



Ermənistanda rus sərhədçiləri olan avtomobil dərəyə düşüb. Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Faciə çərşənbə axşamı səhər Sünik vilayətində (Zəngəzur) baş verib. Sərhədçilər UAZ markalı avtomobillə dağ yolu ilə hərəkət edirmişlər. Ermənistan KİV-ləri xəbər verir ki, bir anda avtomobil uçurumdan aşağı düşüb.
Avtomobildə olanlardan biri, 30 yaşlı sərhədçi həyatla bir araya sığmayan bədən xəsarətləri alıb və qəza nəticəsində hadisə yerində ölüb. Daha bir sərhədçi (22 yaşlı) yaralanaraq xəstəxanaya aparılıb. Həkimlərin dediyinə görə, onun vəziyyəti ağırdır.
Almaz Həsənli