
Myanmada baş verən zəlzələdən sonra ölənlərin sayı artıb
Myanmada baş vermiş dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 1002-yə çatıb, 2376 nəfər yaralanıb, “AFP” xəbər agentliyi ölkənin hərbi hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Xilasedicilərin fikrincə, dağıntılar təmizləndikcə qurbanların sayı arta bilər.
Çin, Hindistan və Rusiya artıq Myanmaya həkim və xilasedicilərdən ibarət qruplar göndərib.
Martın 28-i yerli vaxtla cümə günü günorta saatlarında 7,7 və 6,4 bal gücündə iki təkan qeydə alınıb. Zəlzələ Çin və Taylandda da hiss olunub və Banqkokda tikintisi başa çatmamış göydələn dağılıb, onlarla insan dağıntılar altında qalıb.
Myanmada baş verən zəlzələ ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.
Almaz Həsənli
Digər xəbərlər