Avstraliyada kömür mədəni partladı

Avstraliyada kömür mədəni partladı

6 May 2020 12:23
Bəyəndim (0) Bəyənmədim (0)

Avstraliyanın şimalındakı Kuinslend ştatında kömür mədənlərinin birində partlayış baş verib.

Oxuməni.az-ın məlumatına görə, partlayış nəticəsində beş mədən işçisi yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin ağır olduğu deyilir.

Hadisə yerində axtarış-xilasetmə işləri aparılır. Mədəndə qalan digər mədənçilərin təxliyəsi davam edir.

Oxuməni.az