Keniyada sel fəlakətində 194 nəfər öldü

Keniyada sel fəlakətində 194 nəfər öldü

7 May 2020 12:12
Bəyəndim (0) Bəyənmədim (0)

Keniyada 3 həftədir davam edən güclü leysan yağışları nəticəsində sel və torpaq sürüşmələri meydana gəlib.

Oxuməni.az İHA-ya istinadən xəbər verir ki, təbii fəlakət zamanı 194 nəfər ölüb. Sel baş verən bölgələrdə 100 minə yaxın insan təxliyyə edilmək üçün gözləyir. Hökumətdən açıqlama verilib ki, sel fəlakəti ölkədə koronavirusa qarşı mübarizə tədbirlərinin icrasını da çətinləşdirib.

Keniyada şiddətli yağışların mayın sonuna qədər davam edəcəyi propnozlaşdırılır.

Oxuməni.az