Puerto-Rikoda təyyarə qəzaya uğrayıb, ölənlər var

Puerto-Rikoda təyyarə qəzaya uğrayıb, ölənlər var

3 İyun 2020 09:28
Bəyəndim (0) Bəyənmədim (0)

Puerto-Rikoda yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.

Oxuməni.az "TASS"a istinadən xəbər verir ki, təyyarə San-Xuan şəhərinin hava limanından havaya qalxdığı zaman sahildə duran yaxtalardan birinə dəyib və sonra yerə düşüb.

Bildirilir ki, təyyarənin göyərtəsində 3 nəfər olub, qəza nəticəsində onlardan 2-si ölüb, 1-i isə yaralanıb. Yaralanan şəxs hazırda həkimlərin nəzarəti altındadır.

Polislər qəza ilə bağlı araşdırma aparır.

Oxuməni.az