Sankt-Peterburqda xəstəxanada yanğından sonra yoxlamaya başlanıldı

Sankt-Peterburqda xəstəxanada yanğından sonra yoxlamaya başlanıldı

3 İyun 2020 14:08
Bəyəndim (0) Bəyənmədim (0)

Müstəntiqlər Sankt-Peterburqda Sergey Petroviç Botkin adına xəstəxanada baş verən yanğın faktını araşdırmağa başladılar, bir xəstə həlak oldu.

Oxuməni.az Russian.rt.com-a istinadən xəbər verir ki, yoxlama zamanı hadisənin və bir nəfər xəstənin ölməsi faktı aydınlaşdırıldı.

Məlumatda qeyd edilir ki, yanğın xəstəxananın işçi heyətinin qüvvələri tərəfindən söndürülüb.

Hadisə iyunun 3-də baş verib. Fövqəladə Hallar Nazirliyinin ehtimalına görə yanğına səbəb siqaret ola bilər.

Oxuməni.az