İran şahı niyə Stalinin qarşısında diz çökdü? Lider necə reaksiya verdi

İran şahı niyə Stalinin qarşısında diz çökdü? Lider necə reaksiya verdi

19 Fevral 2023 12:56
Bəyəndim (0) Bəyənmədim (0)

1943-cü ildə Tehranda 3 müttəfiq dövlətin liderlərinin görüşdüyü məşhur konfrans 2-ci Dünya Müharibəsi zamanı mühüm məqam oldu. Stalin, Ruzvelt və Çörçill bir çox aktual məsələləri müzakirə etdilər və 2-ci cəbhənin açılması ilə bağlı razılığa gəldilər. Ancaq Stalinin İrana səfəri təkcə bu hadisə ilə əhəmiyyətli deyil.

20-ci illərin ortalarında çevriliş nəticəsində Rza Pəhləvi İranda hakimiyyətə gəldi və milli sosializm hərəkatını inkişaf etdirərək "avropalaşma" yolu seçdi. Şah Almaniyadan müxtəlif sahələrdə tibbi avadanlıqlar, həkimlər və mütəxəssislər alırdı. O cümlədən təhsil sahəsində Almaniya İrana yardim etməyə başladı. Şah Hitler gəncliyi-hitleryugend prinsipi əsasında İranda Gənclər Hərəkatını qurdu və ona rəhbərliyi oğlu - şahzadə Məhəmməd Rza Pəhləviyə həvalə etdi.

Nəticədə, 30-cu illərin sonunda almanlar İran həyatının və idarəetmənin bütün sahələrinə nəzarəti ələ aldılar və böyük agentlik şəbəkəsi qurdular. Bununla belə İran 2-ci Dünya müharibəsinin əvvəlində SSRİ və Böyük Britaniyaya qarşı bitərəflik mövqeyində olduğunu elan etdi. Lakin bunun uzun sürməyəcəyi aydın idi.

1941-ci ilin payızında Sovet İttifaqı və Böyük Britaniyanın hərbi əməliyyatı ("razılıq" əməliyyatı) İranı nasistlərdən təmizlədi. Şahdan taxtdan imtina etməsi istəndi və yerinə vəliəhd Məhəmməd Rza Pəhləvi təyin edildi.

Lakin Tehran hələ də Stalin və digər liderlər üçün təhlükəli bir yer idi. Bunu nəzərə alaraq 1943-cü ildə Tehranda ABŞ, Böyük Britaniya və SSRİ liderlərinin iştirakı ilə beynəlxalq konfrans keçirilməsi qərara alındı. Konfransda iştirak edəcək bütün dövlət liderlərinin təhlükəsizliyi ən yüksək səviyyədə təmin edilmişdi.

Beləliklə, fürsətdən istifadə edən gənc şah Məhəmməd Rza Pəhləvi İngiltərə və ABŞ rəhbərləri ilə görüşmək qərarına gəldi. O qəbula gələndə uzun müddət gözləməli oldu, daha dəqqiq desək müttəfiq ölkə liderləri onu bu yolla alçaltmağa üstünlük verdilər.Şah qəbulda uzun müddət gözləməli oldu. Bu, əlbəttə ki, gənc şahın qüruruna dəydi. Xüsusi ilə gənc şah Ruzveltlə görüşdə özünü çox narahat aparırdı və bunu o vaxt onların birgə çəkdirdiklər şəkildən də aydın görmək olur. Bununla belə Stalin İranın gənc şahı ilə münasibətdə daha səmimi davrandı.

Məhəmməd Rza taxta çıxanda Sovet İttifaqına olan rəğbətindən danışdı. Bundan əlavə, o, İranda olan sovet qarnizonunu ziyarət edərək qırmızı ordunun silahlanması ilə maraqlanırdı. Əlbəttə, Stalin gənc şahın belə hərəkətinə laqeyd qala bilməzdi. ABŞ və Böyük Britaniya İranı bir kukla koloniyası hesab etsə də, Stalin bu məsələdə fərqli mövqe nümaiş etdirirdi.

Xatirələrə müraciət edək. O dövrdə Aviasiya komandiri olan və Sovet nümayəndə heyətinin İrana səfərindən məsul olan Aleksandr Qolovanov.un dediklərinə görə, İran diplomatı SSRİ səfirliyinə zəng edib Stalinin şahı nə vaxt qəbul edə biləcəyini soruşduqda, ona belə cavab verildi:

"Sovet nümayəndə heyətinin rəhbəri soruşur ki, İran şahı nə vaxt vaxt tapacaq və onu qəbul edə biləcək?"

Beləliklə, İosif Vissarionoviç Molotovla birgə özü şah sarayına getdi. Stalin taxt otağına girəndə gənc şah dizi üstə çökərək onun əlini öpmək istədi. Lakin Stalin buna imkan verməyərək onu ayağa qaldırdı.

Qolovanovun xatirələrinə qayıdaq:

"Dəqiq təyin olunmuş saatda yoldaş Stalin İran şahı ilə görüşdü. Şah onun qbağında diz çökdü və Stalinin əlini öpmək istədi. Lakin Stalin buna imkan vermədi və onu ayağa qaldırdı.Onlar bir müddət səmimi söhbət etdilər Stalin səmimi qəbul üçün ona təşəkkür etdi. Stalin gənc şaha hakimiyyətini möhkəmlətmək üçün ən yüksək səviyyədə kömək edəcəyini bildirdi. Məhəmməd Rza Pəhləvi pilot idi və aviasiya ilə maraqlanırdı. Buna görə Stalin ona yüngül bir təyyarə bağışladı və istənilən səviyyədə hərbi yardım vəd etdi".

İki xalqın dostluğu 1979-cu ilə, şah başqa qəddar islam inqilabı nəticəsində devrilənə qədər davam etdi. O vaxtdan bəri İran əhəmiyyətli dərəcədə dəyişdi və radikal molla və terrorçu dövlətə çevrildi. Hazırda İranı idarə edən mənfur terrorçu molla rejimi ilə Hitlerin faşistləri arasında heç bir fərqü yoxdur...

Əziz Mustafa, Oxuməni.az