Uşaqlara ayaqqabı alarkən bunlara diqqət edin – Həkim məsləhətləri

Uşaqlara ayaqqabı alarkən bunlara diqqət edin – Həkim məsləhətləri

24 Yanvar 2020 15:48
Bəyəndim (0) Bəyənmədim (0)

Araşdırmalara görə, eyni ayaqqabını hər gün geyinmək ayaq sağlamlığı üçün təhlükəlidir. Həkimlər qeyd edirlər ki, məktəb yaşlı uşaqlar eyni ayaqqabını 2 gün ard-arda geyinməməlidir.

Oxuməni.az həmin araşdırmanı təqdim edir:

Məktəblilərin çox uzun vaxtlarını eyni ayaqqabı ilə keçirdiklərini və ard-arda eyni ayaqqabını geyindiklərində problemlərin yaranacağını deyən mütəxəssislər “Məktəbə gedən uşaqların minimum 2 cüt ayaqqabısı olmalıdır. Çünki eyni ayaqqabını davamlı geyinmək düzgün deyil. Hər gün eyni ayaqqabını geyinmək ayaqda havasızlığa, o da ayaqqabının içərisində yaranan bakteriya və göbələk infeksiyalarının artmasına yol açır. Eyni zamanda, ayaqqabı içərisində ayaq şişdiyi üçün eyni ayaqqabını geyindikdə ayaqqabı formasını itirir. Forması pozulan ayaqqabı ilə birlikdə ayağın içində durmasını dəstəkləyən hissə də pozulur. Bu da öz növbəsində bir çox ayaq problemlərinə səbəb olur” deyə vurğulayırlar.

Daban dəstəyi olan ayaqqabı seçin

Uşaqların ayaqqabılarının yerlə birbaşa təmas etməməli olduğunu deyən həkimlər, daban dəstəyinin önəmini də ifadə edirlər: “Klassik olaraq 2.5 sm və ya 5 sm dabanı olmalıdır. Bu yüksəklik içində bir dəstək də olmalıdır. Dəstəyin yumru və geniş olması idealdır. Ön tərəfdəki genişlik isə ayaq barmaqlarının formasının pozulmasına yol açmayacaq tərzdə olmalıdır”.

Yanlış ayaqqabı uşağın ayaq sağlamlığını poza bilər

Mütəxəssislər ayaqqabıların ara ilə geyinilməli olduğunu deyirlər: “Ayaqqabılar 2 gün ara ilə geyinilməlidir. Ayaqqabı sayına görə bir gündən bir də ola bilər. Bir gün birini digər gün o birisini geyinmək lazımdır. Yenə də mümkün olduğu qədər sport ayaqqabı olmalıdır. Uşaqlar səhərdən günortaya və ya axşama qədər eyni ayaqqabı ilə olduğu üçün uşaq evə gəldiyi zaman mütləq ayaqqabısını çıxardıb çölə çıxmalıdır. Mümkünsə o an duş da ala bilər. Ayaq havalandırılmalıdır. Ayaqqabını da havalandırmaq üçün isə çöldə saxlanılması kifayətdir”.

Uşağınız ayaqqabını yoxladıqdan sonra alın

Mütəxəssislər bildirirlər ki, ayaqqabı alarkən uşağınız mütləq onu geyinməli, yoxlamalıdır. Çünki uşağın hər iki ayağı eyni şəkildə olmaya bilər. Hər iki ayaqda ayaqqabını yoxlamaq lazımdır. Ayaqqabı alarkən onun ön hissəsində təxminən 1 barmaq boşluğun olmasına mütləq diqqət edilməlidir.

Uşaqlar ən çox daban ağrısı çəkir

Araşdırmalara görə məktəb yaşlı uşaqların ayaqla bağlı ən çox şikayətləri dabanla bağlı olur. Uşaqlar daima hərəkətdədirlər. Bu zaman yük ən çox dabana düşür. Əgər yaxşı bir dəstəyi olan ayaqqabı seçilməzsə daban ağrısı ən çox rastlanan problemə çevrilir. İkinci ən çox rastlanan problem isə ailələrin fərqində belə olmadan ayaq altının düz olmasıdır. Həkimlərə görə, xüsusi ilə ayaqqabı almadan öncə ortopedik müayinədən keçilməli, ayaq formasının nə olduğu və ona uyğun seçimlər haqqında məlumatın olmasını məsləhət görürlər. Məktəbə başlamadan əvvəl uşaqların ortopedik bir müayinədən keçməsi daha yaxşı olar.

Ayaqqabıda bunlara diqqət edin

- Uşaq idman edərkən geyindiyini mümkün olmadığı qədər gündəlik həyatda geyinməməlidir.

- Çöldə geyinilən ayaqqabılar xüsusi ilə sport ayaqqabılara görə daha sərt olduğu üçün ayaqda qabarların yaranmasına səbəb olur.

- İdman növünə görə ayaqqabı seçilməlidir.

- Tullanmalı idmanlarda qalın və yumşaq dabanlı ayaqqabılar, qaçmalı idman növlərində isə topuq ətrafının sərt materialdan hazırlanmış ayaqqabılardan istifadə etmək çox vacibdir.

- Uşaqlar çox tez böyüdükləri üçün ayaqqabı alarkən əvvəlcə ayaqqabı barmaq boşluğu səbəbindən boş görünə bilər, ancaq ayaq 6-7 ay içərisində sürətlə böyüdüyü üçün ayaqqabı dəyişikliyinə ehtiyacınız ola bilər.

Oxuməni.az